• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilati dəstəyi ilə "Diplomatiyanı səfirdən öyrən" adlı layihə çərçivəsində 3-cü görüş baş tutub

17.04.2019, 22:26 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilati dəstəyi, Fransız-Azərbaycan Universitetinin (UFAZ) ev sahibliyi ilə “Diplomatiyanı səfirdən öyrən” adlı layihə çərçivəsində 3-cü görüş baş tutub.

   Budəfəki görüşdə Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Kim Tonq-op iştirak edib.

   İlk öncə ATGTİ-nin Baş katibi Ramin Həbibzadə cənab səfiri tələbələrə təqdim edərək layihənin təşkilində Gənclər Fondunun xüsusi dəstəyi olduğunu vurğulayıb. O, layihə iştirakçılarını fəal olmağa və müzakirələrdə yaxından iştirak etməyə dəvət edib.

   Daha sonra isə Koreya Respublikasının ölkəmizdəki səfiri cənab Kim Tonq-op söz alaraq dəvətə görə minnətdalığını bildirib. Koreya dövləti və Azərbaycan arasındakı mədəni sahədə sıx əlaqələrin qurulduğundan danışan cənab səfir Koreyanın rəngarəng mədəniyyəti haqqında qısa məlumat verib. O, bununla yanaşı Azərbaycanın da qədim tarixə, eyni zamanda zəngin mədəni müxtəlifliyə malik olduğunu bildirib. Cənab səfir Azərbaycandakı diplomatik fəaliyyətindən danışaraq bu formatda layihələrin icrasını yüksək qiymətləndirib.

    Kim Tonq-op tələbələr üçün maraqlı məlumatlar verildikdən sonra, interaktiv müzakirə əsasında onların suallarını cavablandırıb.

    Sonda isə cənab səfir Kim Tonq-op tələbələrlə xatirə şəkli çəkdirib.