• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ komandası da #trashtag challenge kampaniyasına qoşulub

14.04.2019, 21:39 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

    Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) komandası TGT-lərlə birgə dünyaca məşhur olan #trashtag challenge kampaniyasına qoşulub.

    Bu #trashtag adı ilə tanınan sadə bir challenge-dir. Trashtag-in əsas və başlıca məqsədi çirklənmiş təbiəti tullantılardan təmizləməkdir . Buna parklar, çimərliklər, dənizlər və s. ərazilərin təmizlənməsi aid edilir. Trashtag dünya ölkələrində çox məhşurlaşaraq insanları bu ad altında birləşdirir və onlar təmizlədikləri ərazilərin fotolarını “before and after” başlığı ilə ictimailəşdirirlər. Bu da bir çox insanı kampaniyaya qoşulmağa həvəsləndirir. Kampaniya #trashtag və #challenge həştəqləri ilə məşhurdur.

    Ölkəmizdə də bir çox ictimai təşkilatlar #trashtag challenge kampaniyasına qoşulub. Eyni zamanda Cənubi Qafqazın ən böyük gənclər təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da bu kampaniyaya qoşulub. ATGTİ ilə bərabər ölkədəki 40 təhsil müəssisəsinin TGT-si də kampaniyada iştirak edib. Onlar Balaxanı ərazisində tullantılarla çirklənmiş Fazenda kimi tanınan məkanı tullantılardan tamamilə təmizləyib.

     Beləliklə, 40 təhsil müəssisəsinin TGT-sinin və könüllülərin də daxil olduğu ATGTİ komandası Balaxanı ərazisində yerləşən tullantılarla çirklənmiş Fazenda küçələrini təmizləyərək “before və after” başlıqlı paylaşım edib.

     ATGTİ komandası da gənclər təşkilatı olaraq bu kampaniyada iştirak etməklə təbiətimizin, planetimizin ekoloji vəziyyətinin qorunması uğrunda kampaniyaya öz töhfəsini verib.