• Bizi izləyin:
AZ | RU | EN

Qərbi Kaspi Universitetinin TGT kollektivi Aprel zəfəri ilə bağlı, düşmən işğalından azad olunmuş Cocuq Mərcanlıya səfər edib

11.04.2019, 18:30 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Qərbi Kaspi Universitetinin Tələbə Gənclər Təşkilatı kollektivi Aprel zəfəri ilə bağlı, düşmən işğalından azad olunmuş Cocuq Mərcanlıya səfər edib.

   2016-cı ilin aprel ayında Azərbaycan Milli Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edildikdən sonra, Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləri öz dədə-baba yurdlarına qayıdıb. Bu münasibətlə minlərlə azərbaycanlı həmin tarixdən etibarən, davamlı şəkildə həmin kəndə səfər edərək böyük qayıdışın ətrini hiss edir.

   Qərbi Kaspi Universitetinin TGT kollektivi də həmin kəndə gedərək kənd sakinlərini və əsgərləri ziyarət ediblər. Onlar orta məktəbdə, kənd məscidində, "Qayıdış parkı"-nda, daha sonra isə Füzuli rayonunun N saylı hərbi hissəsində və bu rayonun Alxanlı qəsəbəsində olublar.

   Bununla yanaşı tələbələr 2017-ci il 4 iyul tarixində Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körpə Zəhra Quliyevanın valideynlərini  ziyarət ediblər.