• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə "BMT-ni öyrənərək kəşf et" layihəsi çərçivəsində 5-ci görüş baş tutub

10.04.2019, 18:36 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində 5-ci görüş baş tutub.

  Budəfəki görüşdə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin iştirak edib.

  İlk öncə ATGTİ-nin Baş katibi Ramin Həbibzadə nümayəndəliyin rəhbəri ilə görüşərək layihə ətrafında və gələcək tərəfdaşlıqla bağlı bəzi müzakirələr aparıb. Bununla yanaşı Ramin Həbibzadə ATGTİ-nin bu günə qədər olan fəaliyyəti və görülən işlər haqqında UNİCEF nümayəndələrinə ətraflı məlumat verib.

  Ramin Həbibzadə UNİCEF rəhbərini layihə iştirakçılarına təqdim edərək layihənin görüşünü açıq elan edib.

  Edvard Karvardin öz növbəsində tələbələri salamlayaraq Azərbaycandakı fəaliyyətindən əvvəl olan iş təcrübəsi və UNİCEF haqqında ətraflı məlumat verib. O, sözlərinə əlavə edərək deyib ki, BMT-nin Baş Assambleyası tərəfindən yaradılan UNİCEF-in əsas məqsədi uşaq hüquqlarının müdafiəsinə fəal dəstək vermək, uşaqların öz əsas ehtiyaclarını təmin etmələrinə kömək etmək və uşaqların öz potensiallarını tam şəkildə reallaşdıra bilmələrinə dəstək olmaqdan ibarətdir. Cənab Karvardin UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin 1993-cü ildən fəaliyyət göstərdiyini bildirib.

  O, həmçinin təşkilatın Azərbaycan höküməti ilə birgə gördükləri işlərdən və  gələcək tədbirlərdən bəhs edib.

  Daha sonra Edvard Karvardin tələbələri maraqlandıran sualları cavablandırdı və gənclərin aktivliyini yüksək qiymətləndirərək belə görüşlərin mütəmadi təşkil edilməsinin zəruriliyini vurğuladı.

  Sonda isə xatirə şəkli çəkilib və tədbir kofe fasiləsi ilə yekunlaşıb.