• Bizi izləyin:
AZ | RU | EN

Bakı Biznes Universitetinin ev sahibliyi və Bakı şəhəri üzrə TGT sədrlərinin iştirakı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinin iclası baş tutub.

06.04.2019, 21:05 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Bakı Biznes Universitetinin ev sahibliyi və Bakı şəhəri üzrə TGT sədrlərinin iştirakı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinin iclası baş tutub.

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov iclası açıq elan edib.

  İclasda aşağıdakı gündəliyə qoyulmuş məsələlər müzakirəyə qoyulub:

  1. ATGTİ katibliyinin iclaslar arasındakı Fəaliyyət planı;
  2. Həftəlik elektron hesabatların verilməsi;
  3. Fəaliyyət müddətini tamamlamaq üzrə olan Tələbə Gənclər Təşkilatlarının sədrlərinin hesabat-seçki konfransının növbəti ay ərzində keçirilməsi (TGT-lərlə iş departamentindən 1 nəfər nümayəndənin iştirakı ilə qrup nümayəndələri seçkiləri daxil olmaqla);
  4. “Trashtag challenge“ layihəsi (40 komanda);
  5. Marafon (mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq  dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21km məsafəni əhatə edəcək.);
  6. Gündəlik hesabatların verilməsi;
  7. “Tələbə Baharı” layihəsinin cavabları açıqlanıb və I gündən artıq finala hazırlıqlar başlayacaq;
  8. “Youthvision” Beynəlxalq mahnı müsabiqəsi;
  9. Azərbaycan Tələbə Kartının fəaliyyəti.

  Faiq Məmmədov ATGTİ-nin strukturundan, görülmüş və görüləcək işlərdən danışdıqdan sonra, TGT sədrlərinin sualları cavablandırıldı.

  Görüşün sonunda bir neçə TGT sədri maraqlı təkliflərlə çıxış edib.