• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə

05.04.2019, 23:15 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində növbəti görüş baş tutub.
 

  Budəfəki görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Quido Ambroso iştirak edib.
 

   İlk öncə ATGTİ-nin Baş katibi Ramin Həbibzadə nümayəndəliyin rəhbəri ilə görüşərək, layihə ətrafında və gələcək tərəfdaşlıqla bağlı bəzi müzakirələr aparıb.
Ramin Həbibzadə tədbiri açıq elan edərək layihənin gənclər üçün əhəmiyyətini vurğulayıb.

   Daha sonra söz BMT QAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Quido Ambrosoya verilib. Qudio Ambroso tələbələri salamlayaraq layihənin vacibliyi haqqında danışıb. Quido Ambroso, həmçinin, Qaçqınlar üzrə Ali Komissarlığın gördüyü işlər barədə məlumat verərək, müxtəlif ölkələrdəki qaçqınların sayı artma-azalma statistikası, onların ev, ərzaq, məktəb və s, kimi vacib vasitələrlə təmin olunması barədə tələbələri məlumatlandırıb. O, bildirib ki, Komissarlığın əsas məqsədi dövlətin tələbi və ya BMT-nin öz təşəbbüskarlığı ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkəyə köçürülməsi və lokal inteqrasiyanı təmin etməkdir. Bundan əlavə Komissarlığın qaçqınlar üçün saldığı sığınacaqlar da bunun bariz nümunələrindəndir. Quido Ambroso çıxışının sonunda bu kimi layihələrin həyata keçirilməsinin vacibliyini bir daha vurğulayaraq, ATGTİ-ə minnətdar olduğunu bildirib.
    Qudio Ambroso tələbələri maraqlandıran sualları cavablandırıb və tədbirin sonunda xatirə şəkli çəkilib.

    Tədbir kofe fasiləsi ilə yekunlaşıb.