• Bizi izləyin:
AZ | RU | EN

“Gənclər – sağlamlığınızı qoruyun!” şüarı altında tədbir keçirilmişdir

21.09.2018, 21:52 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Tutu Diet” Mərkəzinin təşkilatçılığı ilə “Gənclər - Sağlamlığınızı qoruyun!” adlı layihə baş tutmuşdur.

Tədbirin ilkin mərhələsi 20 sentyabr Azərbaycan Dillər Universitetində, növbəti mərhələsi isə 21 sentyabr Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutmuşdur. Hər iki tədbirdə ilk öncə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Şahin Alxazov çıxış edərək tələbələri salamladı. Ardınca Avropa oyunlarının qalibi və "Şöhrət" ordeni ilə təltif edilmiş yunan-roma güləşçisi Elvin Mürsəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə peşəkar idmançı və məşqçi Kamil Zeynallı çıxış edərək gənclərə idmanın mahiyyətindən söz açdı. Sonda Azərbaycan Tibb Universitetinin Tədris Terapiya klinikası, ESPEN və IFSO-nun üzvü həkim-diyetoloq Tutu Zeynalova nəzəri və praktiki hissədən ibarət, “Düzgün qidalanma haqqında məlumat” , “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzularında təlimlər keçmişdir.

Layihənin həyata keçirilməsində məqsəd – gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə,  sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər, valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir.

Tədbirin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

 

Açar sözlər: adutgt, azmiu tgt