• Bizi izləyin:
AZ | RU | EN

Fövqəladə Hallar Nazirliyi və ATGTİ-nin birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib

02.04.2019, 20:12 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

    Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusu ətrafında təlim kursu keçirilib.       

    Təlimdə sözə ilk olaraq akademiyanın rektor vəzifəsini icra edən professor Zahid Şərifov başlayıb. O, bütün iştirakçıları salamlayaraq təlim kursunun əhəmiyyətindən danışıb.

    Təlimə Rabitə və İnformasiya texnologiyaları sektorunun baş məsləhətçisi Fərid Fəxrəddinli fövqəladə hallar barədə ümumi məlumat verərək davam edib.

     Təlimdə Operativ məlumat şöbəsinin baş zabiti Orxan Bağırov “Zəlzələ zamanı davranış qaydaları” və “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, Texniki təhlükəsizlik işinin təşkili şöbəsinin rəisi Elgün Ələkbərov “Məişətdə yanğın zamanı davranış qaydaları” və “Dəm qazı”, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı “Odsöndürücü balondan istifadə qaydaları”, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı “Çimərliklərdə təhlükəsizlik qaydaları”, habelə Operativ məlumat şöbəsinin zabiti Məhəmməd Əliyev “112 qaynar xətti” mövzusunda məlumat verib.   

     Həmçinin təlim zamanı təlimçilər tərəfindən iştirakçıların sualları da cavablandırılıb.

     Təlim kursunun sonunda Mülki müdafiə idarə rəsinin  müavini palkovnik Yolçu Yolçuyev nitq söyləyərək təşkilatçılıqda etdiyi əməkdaşlığa görə ATGTİ kollektivinə öz təşəkkürünü bildirib. Daha sonra Yolçu Yolçuyev ATGTİ-nin katiblik üzvü Elmir Sadıqovu təqdim edib.

     Elmir Sadıqov, ATGTİ-nin bu istiqamətdə 7 ildən artıq bir vaxt ərzində Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etdiyini vurğulayıb. O, da öz növbəsində təlim kursu və bu qəbildən olan konfransların təşkilində göstərdikləri dəstəyə görə Fövqəladə Hallar Nazirliyinə, Bakı Regional Mərkəzinə və ev sahibliyinə görə Azərbaycan Dövlət Dəniz Akademiyası rəhbərliyinə təşəkkürünü bildirib.