• Bizi izləyin:
AZ | RU | EN

Bakı Avrasiya Universitetində “Biz Gəlirik, Qarabağ!” adlı anım tədbiri keçirilib

02.04.2019, 16:54 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

    Bakı  Avrasiya Universitetində "20 Yanvar faciəsi", "Xocalı soyqırımı" və "31 Mart soyqırımı" -nın şəhidlərinə həsr olunmuş “Biz Gəlirik, Qarabağ” adlı anım tədbiri keçirilib.

    Avrasiya universitetinin TGT fəallarının təşkilatçılığı ilə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, Nərimanov Rayon Gənclər və idman idarəsinin nümayəndələri, həmçinin şəhid ailələri iştirak ediblər.

    Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan xalqının başına gətirilən üç faciənin oxşarlığından bəhs edərək “Biz Gəlirik, Qarabağ” adlı anım tədbirinin əhəmiyyətini vurğulayıb. O, bütün şəhid ailələrinə səbr diləyib.

    Sonra şəhid yaxınları və valideynləri övladlarının qəhrəmancasına həlak olmasından danışaraq bütün gənclərə hər zaman mübariz olmağı arzulayıblar.

    Tələbələr baş verən hadisələri maraqlı kompozisiya ilə nümayiş etdiriblər. Kompozisiya tamaşaçıların göz yaşlarına səbəb olub.

    Tamaşanın sonunda tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.