• Bizi izləyin:
AZ | RU | EN

Sosial xarakterli “Həmrəy Könüllülər” layihəsi başa çatıb

24.03.2019, 10:37 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan “Həmrəy Könüllülər” layihəsinin icrasına yekun vurulmuşdur. Layihənin əsasını cəmiyyətdə əqli, fiziki vətəndaşlar və kimsəsiz uşaqlara qarşı diqqət və qayğı göstərilməsi və bu prosesin təbliğatının aparılması təşkil edir. Layihənin əsas məqsədi, sözügedən sosial qrupun nümayəndələrini ziyarət edib, səmərəli, əyləncəli, xoş vaxt keçirməklə yanaşı, aparılan təbliğat prosesiylə cəmiyyəti bu qrupun nümayəndələrinə qarşı daha diqqətli və həssas yanaşmağa səsləməkdir. Layihə bir neçə mərhələdə həyata keçirilmişdir. Layihənin müsahibə mərhələsində seçilən iştirakçılara ilk öncə sosial xidmət sahələrində könüllülük barədə təlim keçirilmiş, daha sonra onlar 2 müəssisədə (6 saylı internat məktəbi və Uşaq Psixo-Nevroloji Bərpa Mərkəzi) könüllülük fəaliyyəti göstərmişlər. Layihə çərçivəsində körpələrin vaxtının əyləncəli təşkili üçün müxtəlif əqli maraqlı oyunlar təşkil olunmuş, onlara müxtəlif hədiyyələr təqdim olunmuş və uşaqlar bu oyunlardan xüsusən zövq almışlar. Layihə çərçivəsində 3 müxtəlif sosial çarx hazırlanaraq KİV-lərdə dərc edilmişdir. Layihənin sonunda layihə iştirakçıları olan həmrəy könüllülərə sertifkatlar təqdim olunmuşdur.

#AZGF

#ATGTİ

#HəmrəyKönüllülər