• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycanlıların soyqırımının 101 illiyi münasibəti ilə gənclərin onlayn kampaniyasına start verildi

31.03.2019, 12:00 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Əziz gənclər!

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə 29 mart - 5 aprel tarixlərində, 31 mart - Azərbaycanlıların Soyqırımının 101-ci ildönümünə həsr edilmiş gənclərin onlayn kampaniyasına start verir.

Gəncləri onlayn platforma üzərindən səfərbər etməklə, 31 Mart Soyqırımını dünyaya tanıtmaq üçün 6 dildə hazırlanmış 7 fakt posterləri, 6 dildə hazırlanmış xüsusi faktlar, Facebook üçün örtük (cover) və çərçivə (frame) sizlərə təqdim edilir ki, bu da sosial şəbəkələrdə paylaşımlar etmək üçün resurslar bazası funksiyasını daşıyır.

Kampaniyaya qoşulmaq üçün sizlərə aşağıdakı resursları təqdim edirik:

1) Ümumi istifadə məqsədi ilə poster, Facebook üçün cover şəkli:
https://goo.gl/9iLRf7

2) 6 dildə hazırlanmış 7 fakt posterləri və mətni:
https://goo.gl/xDQv8X
.
Qeyd 1: Kampaniya çərçivəsində #genocide101 #31MarchGenocidehəştəqlərindən istifadə olunacaq.

Qeyd 2: Twitter sosial şəbəkəsində daha aktiv fəaliyyətə qoşulmağınız məqsədəuyğundur. Məlumatları öz dostlarınızla da paylaşın ki, onlar da bu kampaniyaya şəxsi profilləri üzərindən dəstək versinlər.