• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ -nin təşkilatçılığı ilə "BMT-ni öyrənərək kəşf et" layihəsi çərçivəsində növbəti görüş baş tutub

29.03.2019, 20:39 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində növbəti görüş baş tutub.
 
   Budəfəki görüşdə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Yaşar Həmzəyev  iştirak edib.
 
   İlk öncə ATGTİ sədri Faiq Məmmədov və Baş katib Ramin Həbibzadə nümayəndəliyin rəhbəri ilə görüşüb və layihə ətrafında bəzi müzakirələr aparıb.
 
   Tədbirdə açılış üçün söz İttifaqın Baş katibi Ramin Həbibzadəyə verilib. O, iştirakçıları salamlayaraq layihənin əhəmiyyətindən və davamlılığından danışıb.
 
   Daha sonra BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Yaşar Həmzəyevə söz verilib. Yaşar Həmzəyev də öz növbəsində layihənin tələbələr üçün əhəmiyyətini xüsusi vurğulayıb. Daha sonra O, gənclərin əmək bazarına hazırlıq səviyyəsindən, könüllülük fəaliyyətinin gənclərin ixtisaslı kadr kimi formalaşmasında oynadığı roldan danışıb. Bununla yanaşı O, beynəlxalq səviyyədə işsizlik problemindən, beynəlxalq əmək bazarının cari vəziyyətindən danışıb. Yaşar Həmzəyev, işsizlik kimi problemlərin həllində,  beynəlxalq təcrübənin  irəli yürütdükləri addımları sadalayıb. O, beynəlxalq əmək təşkilatının inzibati şurasında Azərbaycanın aktiv mövqe sərgilədiyini və beynəlxalq əmək təşkilatının fəaliyyət istiqamətində Azərbaycanın fəal iştirak etdiyini bildirib.
 
   Layihə iştirakçıları mövzu ətrafında müzakirələrə qoşulub və onları maraqlandıran suallara cavab alıblar.
 
   Tədbirin sonunda xatirə şəkli çəkilib.