• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ komandası layihə çərçivəsində Qoşqar dağının əsas qollarından biri olan, 2700 metr yüksəklikdə yerləşən Nağara dağını fəth edib

24.03.2019, 15:00 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  "Tələbələrin Liderlik Akademiyası" -nın proqramına əsasən Təşkilat Komitəsi, komanda iştirakçıları ilə birgə Qoşqar dağının əsas qollarından biri olan, 2700 metr yüksəklikdə yerləşən Nağara dağını fəth edib.

  Əsas məqsədi tələbələrin gününün səmərəli keçməsini təmin etmək, onların liderlik bacarıqlarına yiyələnməsinə vasitə olmaq olan layihənin proqramına, tələbələrin gəzintisi də daxil edilib.

  Proqrama əsasən iştirakçılar Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 2700 metr yüksəkliyində - Nağara dağına qalxıblar. 

  Havanın soyuq olmasına baxmayaraq, komanda iştirakçıları bütün maneələri dəf edərək qalxdığı Nağara dağında təlim xarakterli müzakirələr aparıb. 

  Bununla yanaşı komanda iştirakçıları dağa qalxarkən, bütün çətin situasiyalarda bir-birinə yardım edib.

  Beləliklə gəzinti, iştirakçılarda mahiyyət etibarilə yardım etmə mədəniyyətinin formalaşmasında, lider olaraq qarşıya qoyduğu məqsədlərə nail olmasında əhəmiyyətli rol oynayıb. 

  Sonda iştirakçılar Təşkilat Komitəsi ilə birgə xatirə şəkli çəkdirib.