• Bizi izləyin:
AZ | RU | EN

"Tələbələrin Liderlik Akademiyası" - nın 2-ci günü uğurla baş tutub

24.03.2019, 13:03 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən "Tələbələrin Liderlik Akademiyası" adlı layihənin 2-ci günü uğurla baş tutub.

  Günə səhər idmanı ilə başlayan komanda iştirakçıları, ənənəvi qaydada təlimlərdə iştirak edib, əyləncəli oyunlar oynayıblar. Eləcə də bütün komandalar ayrı-ayrılıqda, rəqib komandalar və Təşkilat Komitəsi qarşısında maraqlı təşəbbüslərlə çıxış edib.

  Bununla yanaşı 4 komanda, ən yaxşı divar qəzeti yarışı üzrə də xüsusi hazırlıqlar görüb. İştirakçılar qəzetlərdə nümayiş edilən xəbərlər, maraqlı faktlar və təşəbbüslərlə yaxından tanış olub. 

  Gecənin sonunda təşkil edilən sosial gecəyə də ciddi hazırlaşan komanda iştirakçıları, bir-birindən maraqlı səhnəciklər nümayiş etdirib.

  Beləliklə gərgin mübarizə və sağlam rəqabətdən sonra, Təşkilat Komitəsinin qiymətləndirməsinə əsasən 2-ci günün qalib komandası "TORPAQ" komandası olmuşdur.