• Bizi izləyin:
AZ | RU | EN

"Tələbələrin Liderlik Akademiyası" adlı layihənin ilk günü uğurla baş tutub

23.03.2019, 11:55 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Tələbələrin Liderlik Akademiyası" adlı layihənin ilk günü uğurla baş tutub.

  “Liderlik Akademiyası” çərçivəsində gənclər müəyyən müddət ərzində müxtəlif mövzularda  təlimlər keçir. Təlimlərlə yanaşı akademiyaya seçilən şəxslər üçün film günləri, rayon turları, əyləncəli oyunlar və party-lər keçirilir və bu Akademiyanın tələbələrə bəxş etdiyi bacarıqlar aşağıdakı kimidir:

-liderlik qabiliyyətini formalaşdırmaq

-təşkilatlanma və  idarəetmə qabiliyyəti

-lider iradəsi

-bilik ,dünyagörüşü ,gözəl natiqlik və razısalma bacarığı

  Novruz Həmrəyliyinə həsr edilən budəfəki layihədə 4 komanda (Su, Od, Yel, Torpaq) təmsil olunub. 

  Layihənin açılış mərasimində ATGTİ sədri Faiq Məmmədov çıxış edərək, layihədə iştirak hüququ qazanan tələbələri qazandıqları uğur münasibətilə təbrik edib. O, iştirakçıları ATGTİ-nin fəaliyyəti ilə yaxından tanış etdikdən sonra, ATGTİ-nin katiblik üzvlərini, komanda kapitanlarını və layihədə qonaq qismində iştirak edən təlimçiləri iştirakçılara təqdim edib. Faiq Məmmədov nitqinin sonunda bütün komandalara mübariz olmağı və sağlam rəqabət aparmağı tövsiyə edib. 

   Gün ərzində təşkil edilən təlimlərdə iştirak edən iştirakçılar, axşam layihənin bədii hissəsi olan sosial gecədə maraqlı səhnəciklərlə çıxış ediblər.

   ATGTİ-nin katiblik üzvü Ləman Cavadova, komandaları qiymətlindirmə sistemi ilə tanış etdikdən sonra, Təşkilat Komitəsi qabaqcadan müəyyənləşdirilmiş bal sisteminə əsasən komandaları qiymətləndiriblər.

   Sosial gecənin sonunda Təşkilat Komitəsi yekun balları komandalara elan edib.

   Beləliklə layihənin ilk gününün qalibi, "OD" komandası olmuşdur.