• Bizi izləyin:
AZ | RU | EN

#ŞƏHİDİMİZ –adlı sosial kampaniyaya start verilib

18.03.2019, 17:01 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu və bir qrup könüllü gəncin təşəbbüsü ilə #ŞƏHİDİMİZ –adlı sosial kampaniyaya start verilib

   Bu kampaniya çərçivəsində 18-19 mart Novruz Bayramı ərəfəsində gənclər aprel döyüşlərində şəhid olan soydaşlarımızın ailələrini ziyarət edəcəklər.

   Qeyd edək ki, kampaniya bayram günləri ilə yanaşı il ərzində davam edəcək və bu hərəkatda iştirak etmək istəyən gənclər www.shehidimiz.az saytına müraciət edə və ya sosial şəbəkələrdə #ŞƏHİDİMİZ həştəqi ilə paylaşımlar edə bilərlər.