• Bizi izləyin:
AZ | RU | EN

Bakı Avrasiya Universitetində ATGTİ-nin idarə heyətinin iclası baş tutub

17.03.2019, 20:45 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Bakı Avrasiya Universitetində Bakı şəhəri üzrə  TGT sədrlərinin iştirakı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinin iclası baş tutub.

   Açılış sözü, BAU-nun rektorun təşkilati məsələlər üzrə köməkçisi Kamil Məhəmmədliyə verildi, o rektor adından iclas iştirakçılarını salamladı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi.

   İclasda aşağıdakı gündəliyə qoyulmuş məsələlər müzakirəyə qoyulub ;

  1. Həftəlik elektron hesabatların verilməsi
  2. 2019-cu il üzrə Tələbə Gənclər Təşkilatlarının iş planının hazırlanıb təhvil verilməsi
  3. Tələbə Gənclər Təşkilatlarının daxili strukturunun və xüsusən insan resursları ilə bağlı işin gücləndirilməsi
  4. Fəaliyyət müddətinin tamamlamaq üzrə olan Tələbə Gənclər Təşkilatları sədrlərinin hesabat-seçki konfransının növbəti ay ərzində keçirilməsi
  5. Azərbaycan Tələbə Kartının fəaliyyəti

   Sonra söz Faiq Məmmədova verildi. Faiq Məmmədov ilk öncə TGT sədrlərini yeni katiblik üzvlərinin bir hissəsi ilə tanış etdi. O, özlərini təqdim etmələri üçün TGT sədrlərinə söz verdi. Əlavə olaraq qeyd etdi ki, qarşıya qoyulan əsas məqsədlərimizdən biri bütün təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatına otağın ayrılması, sədr və müavinlərin maaşla təmin olunmasıdır.

   ATGTİ-nin strukturundan, görülmüş və görüləcək işlərdən danışdıqdan sonra,  sədrlərin əsas missiyasının işlərinin  yaxşı olması və tələbələrə xidmət etmək olduğunu qeyd etdi. O, TGT-lərdə avtomatlaşdırılmış sistem olan AMİS  sistemininin tətbiq ediləcəyindən danışdı. Sistemin tətbiqi ilə bütün TGT-lərin saytının, mailinin, hər bir üzvünün şəxsi kabinetinin olacağını, bununlada tələbələrin irad və təkliflərinin əldə olunmasında yaranacaq asanlığı xüsusi vurğuladı. 

   Faiq Məmmədov, gələn ay hesabat-seçki konfransı  keçiriləcək bütün TGT sədrlərinə seçkilərin təşkilində şəffaflığın təmin edilməsinə nəzarət etmələrini tövsiyyə etdi.

   Görüş zamanı bir neçə TGT sədri maraqlı təkliflərlə çıxış edib.

   İclasın yekununda BAU-nun TGT fəallarının təşəbbüsü ilə bədii hissə nümayiş olunub və xatirə şəkli çəkilib.