• Bizi izləyin:
AZ | RU | EN

“Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğuya start verilib

12.03.2019, 15:15 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğuya start verilib. 

   Gənclərin sorğuda iştirakını təmin etmək və onları narahat edən problemlərin həllinə nail olmaq məqsədilə, NAYORA gənclərə müraciət ünvanlayıb.

   Müraciət:

   Əziz gənclər!

   Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə, Dayanıqlı İnkişaf Məqsədlərinin həlli istiqamətində kəmiyyət statistikası yaratmaq məqsədilə gəncləri sorğuda iştirak etməyə dəvət edir. “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğu Dayanıqlı İnkişaf Məqsədləri tematikası istiqamətində keçirilməsi planlaşdırılan layihələrin keyfiyyətini artırmaq, məlumatlılıq səviyyəsini ölçmək və vahid məlumat bazasını formalaşdırmaq məqsədi daşıyır. Sorğu, Birləşmiş Millətlər Təşkilatının “Davamlı inkişaf üçün hərəkət planı” adlı gündəliyinin 2030-cu ilə qədər həlli planlaşdırılan hədəflərindən 2019-cu il üçün seçilmiş olan 6 prioritet məqsədləri üzərində hazırlanmışdır. ”Heç kəs geridə qalmasın” (No one left behind) şüarını rəhbər tutan Məqsədlərlə bağlı sorğu, NAYORA tərəfindən sizlərə Dayanıqlı İnkişaf Məqsədlərinin əsas problemləri və ambisiyaları barədə fikirlərinizi bölüşmək üçün yaradılmışdır.

   Sizlər, ölkəmizdə yaşayan 2.5 milyon gəncdən birisiniz. Sizin bölüşəcəyiniz 1 səs və ya 1 fikir, kəmiyyətcə az görünə bilər. Lakin, 2.5 milyon səs birləşərsə mütləq ki eşidiləcək və dayanıqlı gələcək üçün müsbət dəyişikliklər gətirəcək. Unutmayın ki, yaşadığınız dünyanın 2030-cu ilə qədər dayanıqlı formalaşması sizlərin əlindədir.

   NAYORA tərəfindən hazırlanan sorğunun nəticələri aşağıdakı məqsədlərüçün istifadə olunacaq:

   - Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlılıq dərəcəsinin ölçülməsi;
   - Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı gələcək fəaliyyət istiqamətlərinin seçilməsi;
   - Sorğu cavablarının nəticəsi olaraq, gənclərin iştirakçılığının artırılmasının həlli yollarının tapılması;
   - Həyata keçiriləcək layihələrin sorğunun statistikası əsasında planlaşdırılması və reallaşdırılması və eyni zamanda gərəkən hallarda bu sahədə çalışan dövlət qurumlarına və BMT-nin Azərbaycan ofisinə tövsiyyələrin verilməsi.

   Dayanıqlı İnkişaf Məqsədləri BMT və 193 hökumətin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində qəbul edilmiş və insanların, planetin, sülhün və əməkdaşlığın ən mühüm 17 problemləridir.

   5 dəqiqə vaxtınızı ayırmaqla, bəlkə də gələcəyiniz üçün çox mühüm problem ola biləcək məsələni həll edə bilərsiniz. Belə bir təşəbbüs göstərmək istərdinizmi?

   O zaman linkə daxil olaraq sorğuda iştirak edin.
   

   Sorğunun bitmə tarixi: 15 Mart 2019-cu il