• Bizi izləyin:
AZ | RU | EN

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Breyn-rinq" yarışı keçirilib

10.03.2019, 18:50 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında "Breyn-rinq" yarışı keçirilib.
 
   ATGTİ-nin təşkilatçılığı ilə ənənəvi olaraq təşkil edilən bu yarışlar, müasir Azərbaycan gəncliyinin intellektuallığının artırılması, savadlılıq səviyyəsinin yüksəlməsi və gənclər arasında sağlam rəqabət amilinin formalaşması baxımından əhəmiyyətli rola malikdir.
 
   Gənclərin daima maraq göstərdiyi "Breyn-rinq" yarışı hər zaman olduğu kimi bu dəfə də gərgin mübarizə əsasında baş tutub. Mübarizənin sonunda aşağıda adları sadalanan universitetlərin tələbələri qalib olub.
 
   1-ci yer - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
   2-ci yer - Azərbaycan Turizm və Menecment Universiteti
   3-cü yer- Azərbaycan Texniki Universiteti
 
    Yarışın sonunda qaliblərlə, eləcə də bütün "Breyn-rinq" iştirakçıları ilə xatirə şəkli çəkilib.