• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbə Kartının təqdimatı keçirilib

07.03.2019, 16:44 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbə Kartının təqdimatı keçirilib.

Tədbirdə giriş sözü ilə akademiyanın Tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov çıxış edərək, Azərbaycan Tələbə Kartının əhəmiyyətindən, tələbələrə yaratdığı imkanlardan danışıb. M. Aslanov onu da qeyd edib ki, Azərbaycan Tələbə Kartı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədi ilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün hazırlanmışdır.  O, daha sonra ATGTİ katibliyinin nümayəndələrini akademiyada görməyindən məmnun olduğunu bildirib.

Daha sonra ATGTİ-nin İnformasiya Texnologiyaları və Azərbaycan Tələbə Kartı ilə iş üzrə departamentin direktoru Xanım Paşayeva Azərbaycan Tələbə Kartı haqqında tələbələri məlumatlandırıb. O, tələbələrə təqdim ediləcək kartın keçərli olduğu məkanlardan və endirimlərdən söz açıb. Xüsusilə Tələbə Kartının funksiyalarından,  istifadə qaydalarından danışan Xanım Paşayeva, kartın mobil tətbiqetməsinin  tələbələrə yaratdığı üstünlüyü vurğulayıb.

Tədbirin davamında ATGTİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elmir Sadıqov da çıxış edərək,  Azərbaycan Tələbə Kartını əldə edən BXA tələbələrini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Ümumilikdə ATGTİ-nin tələbə yönümlü fəaliyyətini xüsusi vurğulayan Elmir Sadıqov, İttifaqın gördüyü işlərdən danışıb. Bununla yanaşı O, ATGTİ-nin mətbuat nümayəndəsi kimi tələbələrə daima İttifaqın rəsmi saytını, eləcə də instagram, facebook səhifələrini izləməyi, təklifləri iradları olduqları halda müraciət ünvanlamalarını tövsiyə edib.

Tədbirin sonunda tələbələrə Azərbaycan Tələbə Kartı təqdim olunub.