• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə "Diplomatiyanı səfirdən öyrən" layihəsi keçirilib

06.03.2019, 16:28 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı, Fransız-Azərbaycan Universitetinin (UFAZ) ev sahibliyi ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas ilə tələbələrin görüşü baş tutub. 
 
Tədbirin ev sahibliyini edən UFAZ-ın direktoru cənab Vazeh Əsgərov qonaqları salamlayaraq bu formatda olan görüşləri dəstəklədiyini vurğulayıb və belə bir tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. 
 
Daha sonra isə ATGTİ-nin Baş katibi Ramin Həbibzadə çıxış edərək tələbələri layihə haqqında məlumatlandırıb və layihənin onlara bəxş edəcəyi faydalardan bəhs edib. 
 
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas da söz alaraq tələbələrə Aİ haqqında bir sıra maraqlı məlumatlar verib. O, Aİ-nın tarixi haqqında tələbələri məlumatlandırıb. Aİ ilə Azərbaycanın ikitərəfli əlaqələrinə toxunaraq, bu əlaqələrin davamlı inkişaf etdiyini vurğulayıb. Səfir, Aİ-nın nailiyyətlərindən də bəhs edərək, Erasmus+,  Euro, Schengen Visa sistemindən bəhs edib. O, eyni zamanda bu nailiyyətlərin bəxş etdiyi müsbət nəticələrdən də söz açıb.
Səfir Kestutis Jankauskas Azətbaycanın da aktiv şəkildə həyata keçirdiyi TAP, Cənub Qaz Dəhlizi,  layihələrinin əhəmiyyətindən də bəhs edərək, bu kimi layihələrdə Aİ-nin Azərbaycanla əməkdaşlığından söz açıb. O, prioritet layihələrdən biri sayılan TEN-T proyekti haqqında da tələbələri məlumatlandırıb.  
 
Tələbələr üçün maraqlı məlumatlar verildikdən sonra, interaktiv müzakirə əsasında sual-cavab mərhələsinə keçid alınıb.  
 
Sonda isə cənab Kestutis Jankauskas tələbələrlə xatirə şəkli çəkdirib.