• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ və CVN TV birgə layihəyə start verib

02.03.2019, 15:37 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

      Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və CVN TV birgə layihəyə start verib.

      Hər həftənin çərşənbə günü saat 15:00-da CVN TV-də müxtəlif universitetlərin tələbələri arasında onları maraqlandıran mövzular ətrafında canlı debatlar keçiriləcəkdir.

      “CVN DEBAT” adlandırılan bu layihə tələbələrin öz mövqeyini azad sərgiləmək, fikirlərini azad şəkildə bölüşmək eləcə də, təhsil sahəsində gənclərin öz arzu və istəklərini müasir cəmiyyətə çatdırmaq baxımından əhəmiyyətli rol oynayacaq.

      Debatın sonunda layihənin formatına uyğun olaraq izləyicilər arasında debatın mövzusu əsasında online səsvermə keçirilir.

      Bu layihəni canlı olaraq CVN TV-nin facebook səhifəsindən izləyə bilər, debat iştirakçılarının mövqeyinə online səsvermə vasitəsilə münasibət bildirə bilərsiniz.

      Məlumat üçün bildirək ki, “CVN DEBAT” layihəsi artıq 2 mövzu ətrafında (1.“Tələbəyə Qaib Yazılmalıdırmı?” və 2.“Abituriyentlərin ixtisas seçiminə ailə müdaxilə etməlidirmi?”) 4 fərqli universitetin tələbəsi arasında baş tutub. 

      Qeyd: CVN DEBAT-ın müzakirə mövzusu üçün hər hansı təklifləriniz olduğu halda ATGTİ-nin facebook səhifəsinə yazılı müraciət edə bilərsinz.