• Bizi izləyin:
AZ | RU | EN

"Mən PAŞA Bank təqaüdçüsüyəm" adlı layihənin mükafatlandırma mərasimi keçirilib

02.03.2019, 10:11 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

    01.03.2019 tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və PAŞA Bankın birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” adlı layihənin mükafatlandırma mərasimi keçirilib.

    Açılış üçün söz ATGTİ-nin sədri Faiq Məmmədova verilib. O, öz çıxışında qalibləri təbrik edərək, gələcək təhsil həyatlarında uğurlar arzu edib. Təqaüdlərlə bağlı cənab prezident İlham Əliyevin yeni qəbul etdiyi sərəncamın mahiyyətindən söz açaraq, qarşıdakı illərdə artıq hər iki tələbədən birinin təqaüd almaq imkanın olacağını xüsusi vurğulayıb. Sədr öz çıxışında tələbələrin mövqeyinin hər zaman nəzərə alınmalı olduğunu, onlara bu tipli layihələrlə motivasiyanın verilməsinin önəmini qeyd edib. Qalib tələbələrə istiqamət verərək –“Əldə edəcəyiniz təqaüdü məqsədyönlü xərcləyin ki, o sizə gələcəkdə iki dəfə artıq geri qayıtsın” deyə bildirib.

   Tədbirdə PAŞA Bankın Dayanıqlı inkişaf məsələləri üzrə meneceri Ceyhun Atayev də çıxış edib. Öz növbəsində proqramda iştirak edən tələbələrə və onlara istiqamət verən valideynlərinə minnətdarlığını bildirib. O, PAŞA Bankın əsas məqsədinin yeni nəslə kömək etmək, onları cəmiyyətə yararlı insan kimi yetişdirmək olduğunu vurğulayıb.

   Tədbir zamanı layihənin qalib 20 nəfər tələbəsinə setifikatlar və pul mükafatı təqdim edilib.

   Mükafatlandırma mərasimininin rəsmi hissəsindən sonra qaliblər coffee break-də iştirak ediblər.

   Sonda PAŞA Bank təqaüdçüləri ilə xatirə şəkli çəkilib.

   Məlumat üçün qeyd edək ki,  layihə çərçivəsində keçirilən müsabiqənin qalibi olan 20 tələbəyə 1 il müddətinə hər ay 145 AZN olmaqla ümumilikdə 1740 AZN təqaüd verilir. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr və I kurs magistr tələbələri iştirak edə bilər. Layihədə iştirak üçün tələbələr birinci mərhələdə əvvəlcədən verilmiş mövzulara uyğun ingilis dilində öz araşdırmalarını təqdim edir, araşdırmaları fərqlənmiş tələbələr ikinci seçim mərhələsində - müsahibə mərhələsinə iştirak şansı qazanırlar.

    Bir sözlə, təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirməkdən eləcə də, ixtisaslı kadrların sayını artırmaqdan ibarətdir.

   Tədbirin fotolarını buradan əldə edə bilərsiniz.