• Bizi izləyin:
AZ | RU | EN

“Xocalıya Ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində “Ağrı gecəsi” adlı anım tədbiri keçirilib

28.02.2019, 13:02 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Cari ilin 26 fevral tarixində Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqress mərkəzində Heydər Əliyev Fondunun  vitse-prezidenti, “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva və Prezident Administrasiyası gənclər siyasəti və idman məsələləri şöbəsinin  müdiri Yusuf Məmmədəliyevin iştirakı ilə “Xocalıya Ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində “Ağrı gecəsi” adlı anım tədbiri keçirilib.

   İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

   Tədbirin açılışı üçün söz Azərbaycan Gənclər Fondunun içraçı direktoru Fərid Cəfərova verilib. Xocalı həqiqətlərindən, faciə qurbanlarından bəhs edən Fərid Cəfərov çıxış edərək, Xocalı soyqırımı, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat vermiş və qeyd etmişdir ki, Gənclər Fondu ənənəvi olaraq Xocalıya Ədalət kampaniyası çərçivəsində bu kimi tədbirləri davam etdirəcəkdir. O, bütün gənclər adından tədbirin ərsəyə gəlməsində göstərdiyi təşəbbüsə görə Leyla xanım Əliyevaya, həmçinin aparıcı tələbə gənclər təşkilatları nümayəndələrinə təşəkkürünü bildirib.

   Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov da öz növbəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılmasının əhəmiyyətindən danışıb.

   Faciənin canlı şahidi olmuş Əsəd Fərəcov və Valeh Hüseynov həmin gecə baş vermiş dəhşətləri gənc nəsillə bölüşüblər.

   Anım  tədbirində Ağrı Gecəsi adlı bədii kompazisiya nümayiş olunmuşdur.

   Tədbirin davamında beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut “Ağrı” bədii-sənədli romanının təqdimatı zamanı çıxış edərək, Holokos və Xocalı faciələrinin oxşarlıqlarından bəhs edib, gəncləri faciənin təbliğində fəal olmağa səsləyib.

   Sonda “Ağrı” kitabının imza mərasimi təşkil edilməklə, tədbir iştirakçılarına müəllif tərəfindən kitablar təqdim edilib.