• Bizi izləyin:
AZ | RU | EN

ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək

21.02.2019, 22:44 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

4 mart 15:00-da ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək.

Açıq dərs Humanitar Elmlər və Sosiologiya üzrə Yrd.Dos.Dr.Umut Özkaleli tərəfindən keçiriləcək.

“ADA” Universitetinin Magistr Tələbə Hökuməti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı və təşkilatçılığı ilə keçirilən açıq dərsdə qadınların təhsildə rolundan, qadınların təhsil almasında gender faktorunun əhəmiyyətindən, eləcə də qadınların ümumilkdə cəmiyyətdəki proseslərə təsirindən bəhs edilməklə, gender amilinin önəmindən danışılacaq.

Qeyd:

*Açıq dərs mövzusunun işçi dili ingilis dilində olacaqdır.

*Gələrkən özünüzlə şəxsiyyət vəsiqəsini gətirməyi unutmayın.

 

 Açıq dərsdə iştirak etmək istəyən tələbələr buradan qeydiyyatdan keçə bilər.