• Bizi izləyin:
AZ | RU | EN

"Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri" adlı tədbir keçirilib

29.01.2019, 10:33 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid


Fransanın Strasburq şəhərində 21-25 yanvar tarixlərində “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Beynəlxalq Əməkdaşlıq və Donorlarla İş şöbəsində mütəxəssis Elmira Allahverdiyeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak edib.

İştirakçılar ilk öncə Avropa Şurasının binasını ziyarət edib və tədbirin ilk günündə Avropa Şurası Parlament Assambleyasının açılış mərasimi baş tutmuşdur.

Daha sonra tədbir iştirakçıları Avropa Şurası və Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti haqqında ətraflı məlumatlandırılmış, Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşüb gənclik siyasəti və gənclər mərkəzi barədə geniş müzakirələr aparıblar. Eyni zamanda onlar Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə səfərlərdə iştirak ediblər.

Tədbirin əsas məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və Azərbaycan Respublikası ilə əlaqələri daha da gücləndirməkdən ibarət olub.