• Bizi izləyin:
AZ | RU | EN

“20 Yanvar Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

21.01.2019, 17:15 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “20 Yanvar Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilmiş və “Azadlıq Carçıları” filmi nümayiş olunmuşdur.

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov iştirak etmişdir.

Tədbirdə çıxış edən tarix elmlər doktoru, professor Kərim Şükürov 20 yanvar 1990-cı il tarixində Bakıda törədilən faciə ilə bağlı bəzi faktları və məlumatları gənclərin diqqətinə çatdırıb. “Azadlıq Carçıları” filmində çəkilmiş, o cümlədən 1990-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin “Şirvan 2” gəmisinin baş köməkçisi olmuş Ağalar İbrahimov və “Komsomolun 40 illiyi” gəmisinin kapitanı olmuş Kərəm Məmmədov  həmin dövürdə xalqımızın başına gətirilən faciənin canlı şahidi olaraq öz xatirələrini gənclərlə bölüşüb. Daha sonra tədbirdə iştirak edən gənclər təşkilatlarının rəhbərləri çıxış edib. Sonda “Azadlıq Carçıları” filmi nümayiş olunmuşdur.