• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gənclər Fondu arasında birgə əməkdaşlıq sahəsində Anlaşma Memorandumu imzalanıb

12.01.2019, 15:53 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Bakı Konqres Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanma mərasimi və Gənclər və Gənclər Təşkilatlarının vətənpərvərliyin təşviq və təbliğ edilməsi prosesidəki vəzifələri mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov da iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himniylə başlayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib.

Mərasimdə bildirilib ki, imzalanan Anlaşma Memorandumu tədbirlərin daha kütləvi, fərqli forma və məzmunda keçirilməsi istiqamətində yeni bir platformadır. Əminlik ifadə olunub ki, bu Memorandum həm də iki qurum arasında qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı əməkdaşlığın qurulması üçün möhkəm təməl olacaqdır.

Daha sonra tərəflər arasında Memorandum imzalanıb.

Anlaşma Memorandumuna əsasən 2019-cu il ərzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında müxtəlif formatlarda keçiriləcək maarifləndirmə xarakterli silsilə tədbirlərin planı hazırlanıb. Gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılması planlaşdırılan tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm veriləcək.

ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrdə vətənpərvərlik hissinin aşılanması məqsəd ilə İttifaqın bir sıra tədbirlər, layihələr etdiyini bildirib.O, “Yaşayan Tarix” -in bu layihələrdən biri olduğunu və layihə çərçivəsində 260-a yaxın veteranın xatirəsi üç cildlik diskdə əks olunduğunu bildirdi. Faiq Məmmədov qeyd edib ki, bizim tələbə təşkilatları ilə iş müddətində müşahidəmizə görə Azərbaycan tələbələri heç nədən asılı olmayaraq hər zaman öz dövlətlərinin, öz ölkəsinin və öz xalqının keşiyində durmağa hazırdır.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova və başqaları da tədbirdə çıxış edərək ölkəmizdə gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişməsi istiqamətində görülən işlərdən danışıb, bu baxımdan anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayıblar.