• Bizi izləyin:
AZ | RU | EN

"İstedadlı Gənclərin Estrada - Vokal Müsabiqəsi" istedadlı gənclərin sorağındadır

04.01.2019, 13:23 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Azərbaycan Milli Konservatoriyasının təşkilati dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı iləkeçirilən "İstedadlı Gənclərin Estrada - Vokal Müsabiqəsi" istedadlı gənclərin sorağındadır!

Müsabiqəyə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan bütün istedadlı tələbələr qoşula bilərlər. Bunun üçün təqdim olunan qeydiyyat forumunu tam dəqiq doldurmağınız kifayətdir.

DİQQƏT! Aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələrin müsabiqədə iştirakı məhdudlaşdırılacaq.

Vokal ifaçılığı (klassik və ya milli)
Estrada sənəti (vokal)
Xanəndə

Son qeydiyyat tarixi: 25.01.2019

Qeydiyyata buradan müraciət edə bilərsiniz.