• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ ilin yekunlarına dair kütləvi tədbir keçirdi

28.12.2018, 20:52 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ilin nominasiyalarını təqdim etmək üçün ziyafət tədbiri keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Şahin İsmayılov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək öz ürək sözlərini tələbələrlə bölüşüblər. ATGTİ-nin 9 illik fəaliyyətinin tələbələrə yaratdığı fürsətlərdən danışıb, həmçinin bundan sonrakı fəaliyyətdə də yeni sədr və yeni kollektivə uğurlar arzulayıblar.

Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Cari ildə Bakı şəhəri ərazisində fəalliyyət göstərən ali təhsil müəssisələrindən TGT-lər arasında fərqləndiyinə görə, tələbə-gənclərin inkişafı istiqamətində xüsusi xidmətlərinə görə "İlin TGT-si" mükafatına Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, regionlar üzrə  Azərbaycan Dövlət Aqrar Universiteti, orta ixtisas təhsili müəssisələrindən Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə və İqtisad Kolleci, regionlar üzrə isə Gəncə Musiqi Kolleci  layiq görülmüşdür.

Tələbə Gənclər Təşkilatında göstərdiyi ictimai fəaliyyətə görə, gənclər sahəsində sosial layihələrin təşkilində xüsusi seçildiyinə görə Əli Əliyev “İlin TGT fəalı” mükafatı ilə təltif edilib.

ATGTİ-də fəaliyyət göstərən könüllülər arasında işə qarşı münasibəti, məsuliyyətli yanaşma tərzi ilə xüsusi fərqləndiyinə görə "İlin Könüllüsü" nominasiyasına Fərhad Sayidov layiq görülüb.

Həmçinin, ATGTİ ilə sıx əməkdaşlıq etdiyinə, təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərdiyinə görə ali və orta ixtisas təhsil müəssisələrinin prorektorları "İlin Prorektoru" mükafatı ilə təltif ediliblər.

Həmçinin, iki həftə öncə sosial şəbəkə hesablarımızda paylaşılan Azərbaycan Tələbə Kartının müsabiqəsinin qaliblərinin hədiyyələri təqdim olunub.

Bundan sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin əməkdaşı Elnur Abdullayev Şahin İsmayılova öz hədiyyəsini təqdim edib.

Rəsmi hissədən sonra tədbir tələbələrin rəqsləri ilə davam edib.