• Bizi izləyin:
AZ | RU | EN

Bakı Avrasiya Universitetində “Unudulmuş Sədalar” adlı layihə keçirilib

20.12.2018, 19:01 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində Azərbaycan Tələbə Kartı istifadəçiləri üçün “Unudulmuş Sədalar” adlı layihə keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, retro musiqilərimizin gənclər arasında təbliğ olunmasından ibarətdir.

Tədbirdə açılış nitqi ilə Bakı Avrasiya Universitetinin rektorun təşkilati məsələlər üzrə müavini Kamil Məmmədov çıxış edərək, bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra Azərbaycan musiqi tarixini, klassik estrada ifaçılarının ifalarını əks etdirən videoçarx nümayiş etdirilib. Konsertdə məşhur müğənnilər Ayaz Babayev və Sərvət Əsəd çıxış etmişdir. Eləcə də, musiqi alətləri qrupu, rəqs qrupunun çıxışları yer alıb. Sonda xüsusi guşədə tələbələr üçün elektron qeydiyyatdan keçərək, Azərbaycan Tələbə Kartına sahib olmaq xüsusi imkanı yaradılıb.