• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ Avropa Gənclər Kartı Assosiasiyasının XXXIV konfransında təmsil olunub

12.06.2018, 13:07 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov və ittifaqın Beynəlxalq işlər üzrə icraçı direktoru Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının 34-cü konfransında iştirak edib.

5-10 iyun tarixlərində keçirilən konfransda Avropa Gənclər Kartının gəncləri ruhlandırması, onların yeni biliklərə, cəmiyyətə cəlb edilməsi, gənclərin yeni düşüncələri ilə dəyişiklik yaradan bir qüvvəyə çevrilməsi uğrunda istiqamətlərin axtarılmasında, daha üstün nailiyyətlər əldə edilməsinə həsr olunub.

Keçirilən konfransda ATGTİ-nin təqdimatı nümayiş etdirilib və ölkəmizdə həyata keçirilən gənclər siyasəti, “Azərbaycan Gəncliyi 2017-2021″ Dövlət proqramı haqqında danışılıb. İttifaqın təşkilatçılığı ilə respublikada təhsil alan tələbələrə paylanılan “Azərbaycan Tələbə Kartı” barədə geniş məlumat verilib. Xüsusilə vurğulanıb ki, Azərbaycanda təhsil alan tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış Azərbaycan Tələbə Kartı tələbələrə tamamilə ödənişsiz paylanılır.

Tədbirin yekun bağlanış mərasimi 10 iyun tarixində paytaxt Lissabonda keçirilən tədbirlə yekunlaşıb.

Açar sözlər: loremipsum