• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov "Azərbaycan İntellektual Birİncisi" layihəsinin 3-cü mövsümünün yekun tədbirində iştirak edib

11.12.2018, 22:10 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "İrəli" İctimai Birliyinin keçirdiyi “Azərbaycan İntellektual Birİncisi” layihəsinin üçüncü mövsümünə yekun vurulub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Həmçinin, Şahin İsmayılov bildirib ki, son illərdə gənclərin inkişafı üçün ölkədə daha geniş imkanlar yaradılır, bu istiqamətdə müxtəlif layihələr keçirilir. Bu tipli layihələrin keçirilməsi də yeni nəslin daha intellektual, savadlı olmasına zəmin yaradır, onların bilik və bacarıqlarının artırılmasında öz töhvəsini verir.

“Azərbaycan İntellektual Birİncisi” layihəsinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq həyata keçirildiyini vurğulayan birliyin sədri Mirhəsən Seyidov diqqətə çatdırıb ki, ölkəmizin bütün regionlarını əhatə edən layihənin məqsədi gənclərimizin maarifləndirilməsi və onların intellektual potensiallarının qiymətləndirilməsi olub

Layihənin yekununda qalib gələn komandalar medallar, şəhadətnamələr və hədiyyələrlə təltif olunublar.