• Bizi izləyin:
AZ | RU | EN

“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib

09.12.2018, 17:01 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və ASAN xidmətin birgə təşkilatçılığı ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının iştirak etdiyi “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib. Festivalda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının da nümayəndələri iştirak edib.

Tədbirin rəsmi hissəsinin açılışında çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq gənclərimizin könüllük fəaliyyəti istiqamətində beynəlxalq arenada əldə etdiyi uğurlar və dövlət tərəfindən, xüsusi ilə də cənab Prezident İlham Əliyevin gənclərə olan qayğı və diqqətindən söhbət açıb.

Rəsmi hissədən sonra “Tələbə və Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, Könüllülük hərəkatının inkişafı sahəsində real uğur nümunələri”, “İnkluziv könüllülük Könüllülüyü ictimaiyyətə necə açıq etmək olar” və “Könüllülük sahəsində Beynəlxalq təcrübə və standartlar” mövzularında beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə paralel panel sessiyaları keçirilmişdir.

“İnkluziv könüllülük Könüllülüyü ictimaiyyətə necə açıq etmək olar” panelində çıxış edən ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov könüllü-gənclərə ümumi şəkildə inkluzivlik anlayışı və inkluzivliyin könüllülükdə də tətbiqi haqqında məlumat verdi. Cəmiyyətin azlıq təşkil edən təbəqələrinin insanlardan təcrid olmamasının, hamı ilə birlikdə iş, sosial aktivlik, könüllülük, təhsil almasının vacibliyini vurğuladı. Həmçinin, xaricdə bu prosesin hansı formada getməsi haqqında bəzi məqamlara aydınlıq gətirdi. Faiq Məmmədov çıxışında TGT-lərin fəaliyyətinə və Azərbaycan Tələbə Kartının tələbələr üçün yaratdığı fürsətlərə də toxundu. Bildirdi ki, hər bir tələbə heç bir ödəniş etmədən endirim kartı əldə edə və o kartın yaratdığı imkanlardan istifadə edə bilər.  TGT-lərin iş strukturunan da danışan icraçı direktor könllülük fəaliyyətinin elə ilk növbədə universitetlərdəki TGT-lərdən başladığını qeyd etdi.

Çıxışların sonunda tələbələr onları maraqlandıran sualları çıxış edən nümayəndələrə ünvanlayıblar.