• Bizi izləyin:
AZ | RU | EN

Ali təhsil müəssisələri arasında «Xəmsə» Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib

09.12.2018, 15:35 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Dillər Universitetinində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Dillər Universitetinin Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə ali təhsil müəssisələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib.

2 turdan ibarət olan yarışda 32 ali təhsil müəssisəsi iştirak edib. Oyun zamanı iştirakçılara müxtəlif bölmələr üzrə suallar verilib. Sualları cavablandıraraq tələbələr öz biliklərini sınayıb və komandada aktiv fəaliyyət göstəriblər. Yarış zamanı komandalar  qalib olmaq üçün mübarizə aparıblar. Final oyunu 4 komanda arasında oynanılıb. 1-ci yeri Azərbaycan Tibb Universiteti, 2-ci yeri Milli Aviasiya Akademiyası, 3-cü yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 4-cü yeri isə Bakı Avrasiya Universiteti tutmuşdur.