• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikasının Gənclər Fondu ilə TGT sədrlərinin görüş keçirilib

28.11.2018, 10:09 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu ilə Tələbə Gənclər Təşkilatlarının sədrlərinin görüşü baş tutub.
 
 “Tələbə gənclər təşkilatları ilə görüş, uğurlar, naliyyətlər və fəaliyyət planları” adı ilə həyata keçirilən görüşdə Milli Məclisin deputatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Şahin İsmayılov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib. 
 
Tədbir Fərid Cəfərovun  çıxışı  ilə başlayıb. O, fondun fəaliyyəti və səlahiyyətlərin genişlənməsi  haqqında danışıb.
Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli Fərmanına əsasən  sosial müdafiəyə  ehtiyacı olan xüsusi istedadlı gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı layihə barəsində məlumat verib.
Şahin İsmayılov çıxış edərək TGT-lərin fəaliyyəti barəsində fondu məlumatlandırıb. 
 
Görüşdə Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti və yaranan problemlər barəsində də danışıq aparılıb. Görüşün keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərin fəaliyyəti, qarşıya çıxan problemləri və onların gələcəkdə  həyata keçirmək istədikləri layihələr ilə yaxından tanış olmaq və onları Gənclər Fondu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə dəvət etməkdən ibarətdir olmuşdur.