• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatı və AӘSMA TGT İntellektual Oyunlar klubunun təşәbbüsü ilə "Nə?,Harada?,Nə zaman?" İntellektual oyunu keçirilib.

Bakı Slavyan Universitetində BSU TGT-nin təşəbbüsü ilə Tolerantlıq gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Türkiyə, Çexiya, Polşa, Rusiya, Yunanıstan, Ukrayna, Belarus, Bolqarıstan ölkələrin atrebutları və həmin ölkələrə məxsus milli geyimlər tələbələr tərəfindən nümayiş etdirilib.

Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət universitetində "Breyn-Rinq" keçirilib. 1-ci yerin sahibi Kulturologiya fakültəsindən "Aristokratlar " komandası olub.

Bakı Dövlət Universitetində Debat Klubu tərəfindən “Bərk məişət tullantıları yenidən emal olunmalıdır" mövzusunda keçirilən 35-ci daxili turnirinin qalibləri məlum olub. Final oyunu nəticəsində Azərbaycan bölməsi üzrə "Come back" komandası çıxıb. Həmçinin, Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Keçirilən növbəti yarış Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ölkələr intellektual yarışı olub. Ümumilikdə 25 komandanın iştirak etdiyi yarışda “Olimpus” komandası qalib gəlib. Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.  Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu təşkil olunub.

UNEC İqtisadiyyat fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin istedadlı tələbələri maraqlı proqramla çıxış etdilər. Çıxışlar tələbələr tərəfindən alqışla qarşılandı.

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 noyabr Ümumdünya Uşaq Hüquqları günü münasibəti ilə "Uşaq və Kitab" mövzusunda Kollecin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatlı yazıçı, şair Elxan Elatlı ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirə həsr olunmuş “Sabir gecəsi” adlı tədbir keçirilib. Həmçinin, Gömrük Komitəsinin Akademiyasında  Tələbə Gənclər Təşkilatı  nəzdində olan "İqtisadiyyat klubu"  tərəfindən Milli Dirçəliş gününə həsr edilmiş “İqtisadiyyat gecəsi” adlı müsabiqə keçirilib. Yarışın qalibi İqtisad Universitetinin “Six pistols” komandası olub.

Sumqayıt Dövlət Universitetində 17 Noyabr Milli Dircəliş Gününə həsr olunmuş ağacəkmə aksiyası olub. Həmçinin, Universitetdə debat təlimi keçirilib.

Bakı Avrasiya Universiteti Avrasiya Liderlik Akademiyası II təşkil olunub. Bu Akademiya ilk dəfə 2014-cü ildə noyabr ayında keçirilib. Akademiyada keçirilən təlimlərin mövzuları bunlardır: İdarəetmə və təşkilatlanma, nitq və natiqlik, biznes idarə edilməsi, kütlə psixologiyası, gənc diplomatlar.

Bakı Humanitar Kollecində Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə Azərbaycan Tələbə Endirim kartının təqdimatı keçirilib. Təqdimatda Azərbacan Tələbə Gənclər Təşkilatları İttifaqının informasiya-texnologiyalar ATK departementinin rəhbəri Xanım Paşayeva, Bakı Humanitar Kollecinin direktor muavini Rasim Rzaxanov və Gənclər təşkilatinın sədri Şəfiqə Hənifəyeva tələbələrin suallarını cavablandırıblar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyəli rejissor və aktyorlarla tələbələrin görüşü keçirilib. Tələbələrin suallarını cavablandırıb,onlarla dəyərli zaman keçirən Türkiyə simaları Azərbaycanda olmaqdan mənmunluq hissi keçirdiyini də bildiriblər. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədini daşıyır.

Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələrin Azərbaycan Xalq Cumhuriyyəti muzeyinə ekskursiyası təşkil olunub.  Mühəndislik fakültəsinin melorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının birinci kurs tələbələri muzeydə “Azərbaycan Xalq Cumhuriyyəti” adlı mühazirə dinləyib, eksponatlarla tanış olub, canlı tarixin izləyicilərinə çevrilib.

GDU Tələbələri arasında paintball müsabiqəsi keçirilib. 

Naxçıvan Dövlət Universitetində Naxçıvan MR Ali Məhkəməsi ilə birgə "Hüquq günləri" layihəsinin açılış tədbiri olub.

Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının aktivistləri Qadın-uşaq sığınacağı və Uşaq sığınacağını ziyarət ediblər.