• Bizi izləyin:
AZ | RU | EN

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib

21.11.2018, 10:25 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib.

Tədbirdə açılışı rektorun məsləhətçisi, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov etmişdir. O, tələbələri salamlayaraq belə tədbirlərin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra FHN-nin müxtəlif qurumlarının əməkdaşları çıxış edərək fövqəladə hallar - zəlzələ, daşqın, torpaq sürüşməsi və s. zamanı təhlükədən qorunmaq üsullarından bəhs etmiş, yanğın zamanı qaz balonundan düzgün istifadə qaydalarını tələbələrə izah etmişlər. Mülki müdafiə ilə bağlı müxtəlif fotoşəkillər və maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Sonda Ə.Həsənov çıxış edərək tədbirin təşkil edilməsində əməyi keçən qurumlara təşəkkürünü bildirmiş və tələbələrin suallarını cavablandırmışdırlar. Daha sonra xatirə fotoşəkli çəkilib.