• Bizi izləyin:
AZ | RU | EN

“İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib

20.11.2018, 18:18 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Milli Konservatoriyasının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan  Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin  100 illiyinə həsr olunmuş “İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan  Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra isə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edib. O, belə tədbirlərin keçirilməsini və gənclərin belə layihələrdə iştirakını  təqdirə layiq hesab etdiyini bildirib. Gənclərə bu tip layihələrdə fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev yaradıcılığla bağlı layihələrin mədəni zövqün formalaşması üçün önəmli olduğunu qeyd edib. O, iştirakçılara uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov müsabiqənin  maraqlı olacağına inamını bildirib. Ölkəmizdə  gənclərin inkişafı üçün çoxlu imkanlar olduğunu bildirən Şahin İsmayılov, gənclərə uğurlar arzulayıb. Daha sonra iştirakçılar seçdikləri mahnıları ilə çıxış ediblər.
Sonda isə münsiflər onların çıxışlarını dəyərləndirib, müvafiq yerlər üzrə qalibləri müəyyənləşdiriblər.