• Bizi izləyin:
AZ | RU | EN

Türkiyə səfiri ATGTİ-də tələbələrlə görüşüb

17.05.2018, 20:05 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin təşəbbüsü ilə keçirilən “SəfirləSiz” layihəsi çərçivəsində təşkilatın qonağı olub.

ATGTİ-nin ofisində keçirilən görüşdə Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov səfirə təşkilat barədə məlumat verib, təşkilatın tələbələrin həyatında qazandırdığı təcrübə, onların ictimai və elmi fəaliyyətlərinin artırılmasında təşkilatın göstərdiyi istiqamətlərindən bəhs edib. Diplomat ATGTİ-nin gəclərlə iş sahəsində gördüyü işləri təqdirəlayiq hesab edib. Tələbələrin cəmiyyətin aparıcı qüvvələrindən olduğunu vurğulayan səfir görüşün təşkilinə görə İttifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılova öz təşəkkürünü bildirib.

Daha sonra tələbə-gənclərlə görüşən türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə ilə həmrəylik nümayiş etdirməsindən məmnunluğunu bildirib. E.Özoral, öz növbəsində, gənclər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrdən, tələbə-gənclərin ictimai həyatdan aktivliyindən danışıb. Tələbələrə təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.

Açar sözlər: loremipsum