• Bizi izləyin:
AZ | RU | EN

Gənclər Təşkilatlarının V Respublika sərgisi keçirilib

14.11.2018, 12:43 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystal Hall”un Media Mərkəzində Gənclər Təşkilatlarının V Respublika sərgisi keçirilib. Sərgidə 11 gənclər evi və 85 gənclər təşkilatı təmsil olunub.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, baş nazirin müavini Əli Əhmədov, gənclər təşkilatlarının sədrləri, gənc fəallar iştirak ediblər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ziyarətçilər müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklərini bildirib. O, gənclər təşkilatlarının həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılmasının önəmindən də söz açıb.
V Respublika sərgisinin əsas məqsədi gənclər təşkilatlarının özlərini təqdim etmələri, nailiyyət və imkanlarını göstərmələri, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmələri üçündür.
Sərgidə müxtəlif mövzularda təlimlər də keçirilib.