• Bizi izləyin:
AZ | RU | EN

Naxçıvan Universiteti Tələbə Gənclər Təşkilatı Beynəlxalq Müəllimlər günü münasibətilə təntənəli tədbir programı təşkil edib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edib, Naxçıvan Universiteti rektorunun çıxışı dinlənilmiş, müəllimlərin təbrik video-çarxı nümayiş etdirildi. Daha sonra isə tədbirin bədii hissəsi başlayıb. TGT üzvlərinin ifalarında şeirlər, musiqilər dinlənilib və rəqs nümunələri nümayiş olunub. Naxçıvan Universitetinin Şən və Hazırcavablar komandası müəllim-tələbə münasibətlərini, insanların üzündə gülüş yaratmaq məqsədi ilə müəllimlərin cəmiyyətdəki rolunu sosial mesaj olaraq tamaşaçılara çatdırmışdır. Qapanış mərasimində bütün TGT komandası səhnəyə qalxaraq müəllimləri təbrik edib. Sonda rektor tədbir proqramı haqqında dəyərli fikirlərini səsləndirmiş və bütün tədbir iştirakçılarının əməyini və zəhmətini vurğulamışdır.

Milli Aviasiya Akasemiyası Tələbə Gənclər Təşkilatının nəzdində uzun müddətdir fəaliyyətini dayandıran AzAl Şən və Hazırcavablar klubu yenidən bərpa edildi. İlk kastinqin qonağı Əlixan Rəcəbov oldu. O tədbirdə özü haqqında məlumat verdi, uğurlarından danışdı. O, tələbələrə ŞHK nədir? Səhnəciklər necə tərtib olunmalıdır? mövzularından bəhs etdi.

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan İntellektual Oyunlar Klubunin (AİOK) birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə  sinxron çempionatlara start verilib. Ümumilikdə müxtəlif fakültələrdən 15 komandanın yarışdığı intellektual oyunda   müxtəlif suallar səsləndirilib. Qeyd edək ki, yarışlar hər həftənin hər şənbə günləri keçirilir.

Həmçinin Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyətə başlayan Kompüter üzrə proqramlaşdırma təliminə, Rus dilində və İngilis dilində danışıq klubuna start verildi. Qeyd edək ki, Kompüter üzrə proqramlaşdırma təliminə və danışıq klubları tam ödənişsiz şəkildə hər həftənin şənbə günləri saat 12:00 da keçiriləcək.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovun tələbələrə görüşü keçirilib. Görüşdə gənclərlə birgə maraqlı layihələrin həyata keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, bilik səviyyələrinin və dünyagörüşlərinin artırılması məqsədilə yaradılan hər cür şərait haqqında ətraflı məlumat verib.

Həmçinin, Gəncə Dövlət Universitetinin TGT-si Gəncə şəhərində yerləşən Uşaqlar evində valideyn himayəsindən məhrum olan uşaqlarla görüş keçirmişdir. Uşaq evinin kiçik sakinləri görüş zamanı öz bacarıq və istedadlarını tələbələrə görtərmiş və birgə şənlənmiş, rəqs etmiş, bir sözlə  hər iki tərəf vaxtlarını olduqca səmərəli keçirmişdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və universitet rəhbərliyinin dəstəyi ilə Müəllimlər günü həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Tədbir fakültə tələbələri tərəfindən hazırlanmış müxtəlif rəqs, musiqi və şer parçaları ilə davam etdirilmişdir.

Həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetdə təhsil alan 1-ci kurs tələbələrinin Gəncə şəhərində yerləşən muzeylərlə tanışlığına start verilib.  İlk olaraq Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin I kurs tələbələrinin Mirzə Şəfi Vazeh, Nizami, Azərbaycan Xalq Cümhuriyyəti muzeylərinə, Nizami Məqbərəsi və Qala Qapılarına səfərləri təşkil olunub

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatında sədr seçkiləri keçirilib. Tələbələrin səs verməsi nəticəsində yüksək səs çoxluğu ilə Rauf Vəliyev ATU TGT-nin yeni sədri seçilib. Daha sonra yeni idarə heyəti təsdiq olunub.

ADPU-nun Şamaxı Filialında "Müəllimlər Günü " münasibəti ilə tədbir keçirilmişdir. Tədbir TGT-nin universitetin müəllim kollektivinə hazırladığı sürpriz video ilə başladı. Sonra tədbirin aparıcıları Nicat və Səmayə tədbir iştirakçılarını salamladı,professor və müəllim kollektivini təbrik etdi. Bundan sonra tədbirdə şeirlər səsləndirilib. TGT-nin bacarıqlı üzvlərinin yer aldığı səhnəcik də böyük maraq və alqışla qarşılandı. Tədbirdə həmçinin, bir-birindən maraqlı ifalar, rəqslər bir-birini əvəz etdi. Tədbirin sonunda tələbələrin birlikdə ifa etdiyi "Sən ey Uşaqlıq" mahnısı ayrı bir rəng qatdı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  Tələbə Gənclər Təşkilatının  təşkilatçılığı ilə universitetin kulturologiya fakültəsinin tələbələri üçün “Azərbaycan turizmi və onun inkişaf perspektivləri” mövzusunda mühazirə keçirilib. Tədbirdə ADMİU-nun beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva, Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, bu qurumun lektorlar qrupunun üzvü, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tərlan Növrəsli iştirak ediblər. T.Növrəsli tədbirdə Azərbaycanın turizm potensialı, turizmin inkişafının nəzəri və praktik əsasları barədə mühazirə oxuyub. Bildirilib ki, müasir dünyada turizm ən dinamik sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilir.