• Bizi izləyin:
AZ | RU | EN

Oktyabr ayı üzrə "Ayın TGT"-si adına layiq görülmüş TGT-lər müəyyənləşib

27.10.2019, 04:09 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

26 oktyabr tarixində, ATGTİ ofisində Bakı şəhəri üzrə 40-dan çox ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən TGT sədrlərinin iştirakı ilə iclas baş tutub. 

İlk öncə, ATGTİ sədri bütün iclas iştirakçılarını salamlayaraq iclasda müzakirə ediləcək gündəlik məsələləri onların diqqətinə çatdırıb. Daha sonra, Bakı Dövlət Universitetinin yeni TGT sədri Nicat İsmayılov, UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin TGT sədri Fidan Tahirli iclas iştirakçılarına təqdim edilib. Sədr ATGTİ-nin qazandığı uğurlardan söz açaraq Bakı Avrasiya Kollecində əsası qoyulan 102-ci TGT haqqında iştirakçıları məlumatlandırıb. Bununla yanaşı, Müstəqillik Gününə həsr edilmiş dövlət əhəmiyyətli konsertdə TGT-lər tərəfindən 10.000-dən çox tələbənin iştirak etməsinə görə və göstərdikləri birliyə görə sədrlərə təşəkkür edib.

Sonra, Faiq Məmmədov oktyabr ayı ərzində uğurlu və səmərəli fəaliyyətinə görə “Ayın TGT”-si adına layiq görülmüş TGT-ləri elan edib. 

Nəticələrə əsasən Bakı orta ixtisas təhsil müəssisələri üzrə Asəf Zeynallı adına Musiqi Kolleci, ali təhsil müəssisələri üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Ayın TGT”-si adına layiq görülüb. Mükafatlar TGT sədrləri İman Sadıqov və İsmayıl Ağazadə təqdim edilib. 

İclasın sonunda Tələbə Gənclər Təşkilatının yeni təsdiqlənmiş əsasnaməsi bütün sədrlərə təqdim edilib, yeni seçki qaydaları onlara izah edilib. İclas sədrlərin təklif və müzakirələri əsasında yekunlaşıb.