• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində kütləvi məlumatlandırma günləri keçirilib

11.10.2019, 15:44 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

ATGTİ-nin təşəbbüsü, TGT-lərin təşkilatçılığı  ilə Azərbaycanda ilk dəfə olaraq 70-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrində universitetə yeni daxil olmuş tələbələr üçün kütləvi məlumatlandırma günləri keçirilib.

Müxtəlif regionlarda 13-27 sentyabr tarixlərində  keçirilən məlumatlandırma günlərində 3000-dən çox tələbə ali təhsil alacaqları müəssisə, onun tələbə-müəllim heyəti, tələbə təşkilatları, tədris sistemi ilə yaxından tanış olublar.

Məlumat üçün bildirək ki, dünyanın bir çox təhsil ocaqlarında ənənəvi olaraq keçirilən məlumat xarakterli görüşlər Azərbaycanda ilk dəfə olaraq bu qədər tələbə kütləsini əhatə etməklə 3000-dən çox tələbənin təhsil alacağı müəssisə haqqında ətraflı məlumat almasına səbəb olub.

Onu da qeyd edək ki, Azərbaycanda keçirilən məlumatlandırma günləri ərzində bir çox təhsil ocağlarında hətta  tələbələrin əylənməsi və səmimi mühitə alışması üçün müxtəlif formatlı idman yarışları keçirilib, rəqs təşkil edilib və bəzi fəal tələbələr mükafatlandırılıb.