• Bizi izləyin:
AZ | RU | EN

“Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə-Gənclər Təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib

05.10.2019, 17:49 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

3 oktyabr tarixində UFAZ-ın ev sahibliyi ilə “Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə-Gənclər Təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib.

Tədbir ATGTİ-nin Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə baş tutub. 

İlk öncə açılış üçün söz UFAZ-ın icraçı direktoru dos. Vazeh Əsgərova verilib. Vazeh Əsgərov  gənclər üçün böyük əhəmiyyətə malik tədbirin keçirilməsinə rəhbərlik etdiyi təhsil müəssisəsinin ev sahibliyi etdiyindən məmnun olduğunu bildirib. O, 4 kurs üzrə 512 savadlı tələbənin təhsil aldığı UFAZ-da elm yönümlü tədbirlərin daimi keçirildiyini deyib.

Daha sonra, seminar xarakterli tədbir haqqında ətraflı məlumat üçün giriş söz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynova verilib. Elşən Hüseynov tədbirin keçirilməsində ATGTİ-nin dəstəyini xüsusi vurğulayaraq təşəkkür edib. O, ölkə başçısının təşəbbüsü ilə icra edilən gənclərlə bağlı proqramlardan danışıb və 2005-ci ildən ölkədə tələbə özünüidarəetmə sisteminin əsasının qoyulduğunu vurğulayıb. Nazirlik nümayəndəsi həmçinin, Tələb Elmi Cəmiyyətləri ilə  Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin uzlaşdırılması istiqamətində birgə elmi konfrans və tədbirlərin keçirilməsini təklif edib. Bununla yanaşı, O elmi-tədqiqat sahəsində bəzi inkişaf etmiş ölkələri nümunə çəkərək Azərbaycanda da bu yöndə sürətli iş getdiyini və Gənclər və İdman Nazirliyinin xüsusi dəstək göstərdiyini bildirib. Bu istiqamətdə Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə keçirilən “Sabahın Alimləri”, “İstedadların Hazırlığı Laboratoriyası” və digər layihələrdən danışıb.

Sonra, çıxış üçün söz ATGTİ sədri Faiq Məmmədova verilib. Faiq Məmmədov tədbir iştirakçılarını salamlayaraq bu formatda tədbirlərin keçirilməsində ATGTİ-nin müxtəlif qurumlar ilə daimi əməkdaşlıq etdiyini və bundan sonra da edəcəyini qeyd edib. O sonra, auditoriyadakı gənclərə müraciət edərək elmin cavabdan deyil, sualdan başladığını qeyd edib. Buna görə də gənclərin, tələbələrin elmi yöndə araşdırma etməsi, təqdiqat aparması üçün özünə daima sual verməsini tövsiyə edib. Sonra ATGTİ sədri müxtəlif tədqiqat xarakterli nümunələrdən misal çəkərək gənclərə sual ünvanladı. 

Seminarın tələbələrə töhfə verməsi məqsədilə sual cavab yönümlü müzakirə mərhələsi başlayıb. Bu mərhələdə BSU prorektoru Xanım Sultanova, ADPU prorektoru Fikrət Rzayev, ADNSU prorektoru Ata Babayev, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, ADU rektor müşaviri Sərraf Hüseynov və DGKA kafedra müdiri Elvin Əlirzayev maraqlı təkliflərlə çıxış edib və öz təhsil müəssisələrində aparılan elmi-tədqiqat fəaliyyətlərindən danışıblar.  Daha sonra tələbələr öz suallarını qonaqlara ünvanladılar.

Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdirib.