• Bizi izləyin:
AZ | RU | EN

"Yay Fest - Azərbaycan Gənclər Festivalı"-na seçilmiş iştirakçıların qeydiyyat prosesi uğurla yekunlaşıb

13.07.2019, 10:42 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Möhtəşəm "Yay Fest - Azərbaycan Gənclər Festivalı"-na seçilmiş iştirakçıların qeydiyyat prosesi uğurla yekunlaşıb.

Ümumilikdə 500 iştirakçı ilə təşkilatçılar arasında müqavilə bağlanıb.

Azərbaycanda ilk dəfə keçirilən yay festivalına iştirak hüququ qazanmış bütün iştirakçıları bu münasibətlə təbrik edirik. Digər müraciətçilərə isə uğurlar arzu edirik.

Qeyd edək ki, layihə çərçivəsində 1800-dən çox gənc festivalda iştirak üçün ilkin qeydiyyatdan keçib, onlardan 1000 nəfəri qeydiyyat formunu düzgün doldurduğuna və müvəffəqiyyət göstəricilərinə əsasən müsahibə mərhələsinə çağırılıb və layihəyə yalnız 500 nəfəri seçilib.