• Bizi izləyin:
AZ | RU | EN

Paytaxtımız Bakı şəhərini daha da gözəlləşdirmək, buranı gözəl məkana çevirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Bununla əlaqədar bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanmış və ilkin olaraq bu işlər sınaq kimi Nərimanov rayonunda başlanmışdır.
Artıq iyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.
Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdə olacaqdır. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.
Bu işin görülməsi şəhərimizin təmiz saxlanmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına  və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Sakinlərə proseslərin izah edilməsi məqsədi ilə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlarla, eləcə də, ATGTİ ilə əməkdaşlıq edilməkdədir. Əməkdaşlıq çərçivəsində 100-dən çox TGT fəalı könüllü qismində  bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırıb, mənzillərə broşyuralar paylayıb.

Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaqdır.