• Bizi izləyin:
AZ | RU | EN

TGT fəalı Nərmin Abdullayeva XI beynəlxalq «Романтизм: истоки и горизонты» müsabiqəsinin qalibi olub

06.07.2019, 17:06 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının professoru, Əməkdar incəsənıt xadimi Ceyhun Allahverdiyevin sinifində təhsil alan  II kurs tələbəsi, TGT fəalı Nərmin Abdullayeva 19.06.2019-27.06.2019 tarixlərində Moskvada keçirilən Elena Fabianovna Gnesinanın 145 illiyinə həsr olunmuş İfaçı və Bəstəkarların XI beynəlxalq «Романтизм: истоки и горизонты» müsabiqəsində "bəstəkar-ifaçı" nominasiyasında iştirak edərək Rusiyanın xalq artistləri, P.İ.Çaykovski adına Moskva dövlət konservatoriyasının fortepiano və bəstəkarlıq kafedrasının professorları V.P.Ovçinnikov, V.V.Belyayev və T.A.Çudova tərəfindən I yerə layiq görülmüş, 27 iyun tarixində isə E.F.Gnesina adına Akademiyanın böyük zalında müsabiqənin qaliblərinin iştirakı ilə keçirilən Qala konsertdə uğurla çıxış etmişdir.