• Bizi izləyin:
AZ | RU | EN

Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib

01.07.2019, 18:23 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

30 may 2019-cu il tarixində ADPU Şamaxı filialında ATGTİ sədri və katiblik nümayəndələrinin iştirakı ilə Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib.

Təhsil aldıqları müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdikləri uğurlu fəaliyyətə görə 100 nəfər TGT fəalı diplomla mükafatlandırılıb. Bununla yanaşı onların problem və qayğıları dinlənilib, bəzi problemləri yerindəcə həll olunub.

Daha sonra TGT sədrlərinin bir-birini yaxından tanıması,
TGT sədrləri və İttifaq nümayəndələri arasında səmimi əlaqələrin yaranması məqəsədilə sədrlər birgə nahar edib.