• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb

02.10.2018, 07:56 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Oktyabrın 2-də Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun 300-ə yaxın ən fəal gənci iştirak edib.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ilk toplantının mövzusu Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi olduğunu qeyd edib. Vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi xalqa, vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, üçüncüsü praktiki hərəkət olduğunu da bildirib. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən söz açıb.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri salamlayıb, forum iştirakçılarına öz təbriklərini çatdırıb. Bildirilib ki, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacib amillərdən olduğunu deyən icra hakimiyyətinin başçısı gənclərə dövlətçilik ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək dövlət gənclər siyasətindən, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olduğundan danışıb, son illərdə Azərbaycan gəncliyinin qazandığı uğurları qeyd edib.
Rəsmi hissədən sonra gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Gəncə Dövlət Filarmoniyasında təşkil olunmuş sərgi ilə ilə tanış olublar. Filarmoniyanın foyesində təşkil olunmuş sərgidə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatları öz nailiyyətlərini nümayiş etdiriblə